AZ

Azad edilmiş digər torpaqlarımız kimi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də yeni inkişaf dövrünü yaşayır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixliSərəncamına uyğun olaraq 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd vəAğdərə şəhərləri günü kimi qeyd edilir. Tarixi Zəfərimizi,suverenliyimizin tam bərpasını əbədiləşdirmək, şəhər günlərinitəsis etmək məqsədilə atılan bu mühüm addım həm 30 illik işğal, həm44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterrortədbirlərinin həyata keçirildiyi dövrün, həm də Böyük QayıdışProqramına əsasən bu ərazilərdə aparılan genişmiqyaslıbərpa-quruculuq işlərinin və soydaşlarımızın qayıdışınıntəqdimatında əhəmiyyətli rol oynayır. Ötən il 20 sentyabr tarixindəXankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonraaçılışında iştirak edən Prezident İlham Əliyev Universitetinmüəllim və tələbə heyəti ilə görüşündə Azərbaycanın 1993-cü ildəUlu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonra inkişaf və quruculuq dövrünü yaşadığını önəçəkərək bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqinəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Şuşanın azad olunması,Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq gözqabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilinsentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhliletsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamıidi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət SuverenliyiGünü idi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü iloktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərindəAzərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndişəhərindən xalqa müraciətində bir daha vurğuladı ki, biz buqələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canıbahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq buradaəbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər bir hədəfəardıcıllıqla nail olaraq gələcəyə daha böyük inamla addımlayır.Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda,Xocavənddə, Ağdərədə həyata keçirilən genişmiqyaslı işlərə,soydaşlarımızın bu torpaqlara qayıdışına diqqət yetirməkləxalqımızın nə qədər qurucu xalq olduğunu görür, bundan böyük qürurhissi keçiririk. Prezident İlham Əliyevin bu günlərdə Xocalı,Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsindəXocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrutqəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyikimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülhşəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viranqoyublar. Kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərininyaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edəninsan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzindəşəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrikstansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedənquruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycanxalqı rahat, xoşbəxt, sülh içində yaşasın.

Vüqar Rəhimzadə qeyd edib ki, azad edilmiş digər torpaqlarımızkimi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də yeni inkişaf dövrünüyaşayır, dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır.Bugünümüzün qürurverici hadisələrindən biri də budur ki, yalnızpaytaxt Bakımız deyil, azad edilmiş torpaqlarımız da beynəlxalqəhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir. Bu baxımdanXankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa QlobalMedia Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadiƏməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri evsahibliyi etdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ”komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununuadını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olanXankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndistadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsindəAğdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçiriləngörüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsininişğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.

Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmişərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri,eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslıkadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinintəşkili zərurətini meydana çıxardı. Bu məqsədlə Prezident İlhamƏliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndişəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında AzərbaycanRespublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “QarabağUniversiteti” publik hüquqi şəxs yaradıldı. Ötən ilin 20 sentyabrtarixində Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu. Buil sentyabrın 14-də Prezident İlham Əliyev Xocalı, Xocavəndrayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində QarabağUniversitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmlərifakültəsinin tədris korpusunun açılışında iştirak etdi. QarabağUniversitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıqelmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarınauyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətindəatılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyatakeçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademiknüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdətibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eynizamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağınıartıracaq.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Xankəndiyə, Xocavəndə,Xocalıya, Ağdərəyə çoxsaylı səfərlərinə diqqəti yönəldərək busəfərlərin hər birinin Böyük Qayıdış Proqramının uğurlu icrasındaböyük rola malik olduğunu vurğulayıb. Ötən ilin 28 May-MüstəqillikGünündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Bununla yanaşı Xocalı,Xocavənd, Ağdərə rayonlarının kəndləri mərhələ-mərhələ sakinləriniqarşılayıb və qarşılayır. Suverenliyimizin bərpasından sonrakıdövrün əlamətdar, qürurverici hadisələrindən biri budur ki,müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisindəprezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Prezidentİlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səsvermələri tarixi hadisəyə çevrildi. Azad edilmiş bütünərazilərimizin həyatında möhtəşəm günlər saysızdır. Xalqımız busevinci onlara yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə,rəşadətli ordumuza hər zaman minnətdarlığını ifadə edir.

Məqalədə:
Seçilən
9
8
az.trend.az

9Mənbələr