AZ

"Real"ın futbolçusu 2 aay oynamayacaq

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Trent Aleksandr-Arnold sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Marsel"lə matçında (2:1) ayaq əzələsindən zədə alıb. 26 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Trent Aleksandr-Arnold mövsümün əvvəlində "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
15
3
sportal.az

4Mənbələr