Azərbaycan klubları "Zirə" və "Birbaşa Bakı" komandaları minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıblar.
90deqiqe.Az-ın məlumatına görə, C qrupunda yer alan "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Birbaşa Bakı" isə F qrupunda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb - 4:1.
Qeyd edək ki, Çempionlar Liqasının oyunları Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunur.