AZ

"Uzak şehir"ə görə bu serialın yayım günü dəyişdi

Aktrisalar Burçin Terzioğlu, Gökçe Eyüboğlu, Duygu Sarışın və Selin Şekercinin rol aldığı "Ben Leman" serialı ilk olaraq "Güzelköy" adı ilə təqdim olunmuşdu. Lakin serial efirə çıxmadan həm adı, həm də yayımlanma tarixi dəyişdirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə 29 sentyabr, bazar ertəsi yayımlanacağı açıqlanan serialın tarixi dəyişdirilib. Jurnalist Birsen Altuntaşın iddiasına görə, yeni yayımlanma günü "Kızılcık Şerbeti"nin yayımlandığı cümə günü olacaq.

NOW TV-də yayımlanacaq "Ben Leman" mövsümün ən çox gözlənilən layihələrindən biri sayılır. Məzmun baxımından müəyyən qədər "Ufak Tefek Cinayetler"i xatırlatsa da, güclü hekayəsi və aktyor heyəti ilə diqqət çəkir.

Məlumata görə, bu dəyişiklik "Uzak Şehir" serialının yeni mövsüm ilk bölümü ilə əldə etdiyi 14 reytinq uğurundan sonra edilib. Kanal, rəqabətdən qaçmaq üçün "Ben Leman"ın yayımlanma gününü dəyişməyə qərar verib.

Seçilən
4
2
ikisahil.az

3Mənbələr