AZ

AFFA "Neftçi"nin şikayətini rədd etdi

AFFA "Neftçi"nin futbolçusu İqor Ribeyro barəsində verdiyi apellyasiya şikayəti haqda qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi Misli premyer-liqasının 3-cü turunun "Turan Tovuz"la matçında təcavüzkar davranışa (rəqibi vurub) yol verdiyi üçün qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılmışdı.

AFFA paytaxt təmsilçisinin bu barədə apellyasiya şikayətini rədd edib. Braziliyalı oyunçunun cəzası, həmçinin "Neftçi"nin 3 min manatlıq cəriməsi qüvvədə saxlanılıb.

Seçilən
0
3
football-plus.az

4Mənbələr