AZ

Türkiyə daha bir sosial platforma yaradır – Bayraktar açıqladı

Türkiyədə “NSosyal”dan sonra daha bir sosial media platforması “Küre” istifadəyə veriləcək.

Bu barədə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar festivalın açılışında elan edib.

Bayraktar bildirib ki, “Küre” rəqəmsal ensiklopediya olacaq:

“Bu, 1.5 il ərzində son dərəcə dəqiqliklə aparılmış işin nəticəsidir. “Küre” süni intellekt dəstəyi ilə işləyəcək, açıq mənbəli və etibarlı məlumatın mənbəyi olacaq. Sizi “NSosyal” və “Küre” platformalarına dəvət edirəm,” – deyə o qeyd edib.

MənbəOXU.AZ
Seçilən
18
4
banker.az

5Mənbələr