AZ

Harri Keyn Ronaldo və Neymarla eyni sırada

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Harri Keyn UEFA Çempionlar Liqasında iki fərqli klubda 20-dən çox qol vuran üç oyunçudan biridir.

İdman.biz bildirir ki, o, bu gecə "Çelsi" ilə oyunda iki top vuraraq komandasının qələbəsinə kömək edib - 3:1.

Ümumilikdə isə Keyn Çempionlar Liqasında "Tottenhem"in heyətində 21, "Bavariya"da isə 17 qol vurub.

Siyahıda ondan başqa Kriştiano Ronaldo ("Real Madrid" (105) və "Mançester Yunayted" (21)) və Neymar ("Barselona" (21) və PSJ (22)) var.

Həmçinin Keyn bu gecə vurduğu toplarla qeyri-ingilis klubunun heyətində İngiltərə klubunun qapısına 2 qol vurmuş ilk ingilis futbolçusu olub.

Harri Keyn "Bavariya" - "Çelsi" oyununun ən yaxşı oyunçusu seçilib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
icma.az

3Mənbələr