AZ

Azərbaycan millisi fransızlara o qədər rahatlıq verdi ki...

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Fransa yığması final mərhələsinə hazırlığa başlayıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam artıq mundialla bağlı planlarını cızır.

Xüsusən də Ukrayna yığmasının Azərbaycan millisi ilə Bakıdakı görüşdə xal itirməsi (1:1) fransızlarda qrup birinciliyinə əminlik yaradıb.

Fransa Futbol Federasiyası artıq gələn ilin martında ABŞ-da təlim-məşq toplanışı keçirməyi düşünür.

Qurum hətta yoldaşlıq görüşü üçün rəqib də tapıb. Vitse-çempion həmin tarixdə Braziliya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

Deşam həmin görüşün dünya çempionatına hazırlıq mərhələsində önəmli rol oynayacağını hesab edir. ABŞ turu çərçivəsində Braziliya ilə yanaşı, yerli komanda və ya Meksika ilə matç da nəzərdə tutulub.

Seçilən
16
sportinfo.az

1Mənbələr