AZ

İsraildən bir ilk: İran əməliyyatının təfərrüatlarını paylaşdılar Prezident hədəfdə imiş

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail mediası ilk dəfə olaraq kəşfiyyat xidməti Mossad-ın İranda keçirdiyi iyun əməliyyatı ilə bağlı təfərrüatları ictimaiyyətlə bölüşüb.

News24.az xəbər verir ki, "Kanal 13" televiziyasında yayımlanan reportajda əməliyyata 100-ə yaxın xarici agentin cəlb olunduğu və onların əsas hədəfinin İranın ballistik raket buraxılış sistemlərini və hava hücumundan müdafiə qurğularını sıradan çıxarmaq olduğu bildirilib.

Məlumata görə, əməliyyatın maddi-texniki təminatı son dərəcə mürəkkəb olub. İddialara əsasən, yüzlərlə kiloqram ağırlığında olan raket sistemləri qaçaqmalçılıq yolu ilə İrana gətirilərək strateji obyektlərə yerləşdirilib. Agentlər bu sistemləri idarə etmək üçün Tehranda xüsusi təlimlər keçib. İsrail mediasının vurğuladığına görə, əməliyyatda iştirak edənlərin heç biri İsrail vətəndaşı olmayıb.

Kanal 13-ün yaydığı məlumatda daha bir diqqətçəkən iddia yer alıb. Bildirilir ki, əməliyyat zamanı İran prezidenti Məsud Pezeşkian hədəfə alınsa da, o, yaralı vəziyyətdə hadisədən sağ çıxıb. Bu açıqlama beynəlxalq mediada rezonans doğurub.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
news24.az

2Mənbələr