AZ

Obama Trampı “ölkəni daha dərin parçalamaqda” ittiham edib

ABŞ-nin sabiq prezidenti Barak Obama Çarli Kirkin qətli və Ağ evin reaksiyasına münasibət bildirib...

Poliqon xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Barak Obama Pensilvaniyada keçirdiyi ictimai çıxışı zamanı mühafizəkar fəal Çarli Kirkin qətli və hadisəyə Donald Tramp administrasiyasının verdiyi reaksiyanı şərh edib. Onun sözlərinə görə, “siyasi zorakılıq yeni hal deyil”, lakin Trampın açıqlamaları ölkədə birliyi gücləndirmək əvəzinə parçalanmanı daha da dərinləşdirib.

Obama bildirib ki, Çarli Kirkin öldürülməsindən sonra siyasi rəqiblərin “parazitlər və düşmənlər” adlandırılması artıq “daha geniş problemin əlamətidir”. O, həmçinin vurğulayıb ki, bu cür ittihamlar ABŞ-da söz azadlığının avtoritar üsullarla məhdudlaşdırılması üçün bəhanəyə çevrilə bilər.

Tramp administrasiyasının nümayəndəsi Ebiqeyl Cekson isə Obamanın çıxışına sərt reaksiya verərək, onu “Amerikada müasir siyasi parçalanmanın memarı” adlandırıb.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yutada tələbələr qarşısında çıxış edərkən qətlə yetirilib. Hücumdan 33 saat sonra saxlanılan şübhəlinin 22 yaşlı Tayler Robinson olduğu açıqlanıb. ABŞ prezidenti Donald Tramp və onun tərəfdarları baş verənləri “radikal sol qüvvələr”in üzərinə ataraq, ölkədə artan gərginliyə görə siyasi opponentlərini məsuliyyət daşımaqda ittiham edirlər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr