AZ

ABŞ-də atışmada yaralanan üç polis ölüb

ABŞ-nin Pensilvaniya ştatının York dairəsində baş verən atışmada yaralanan beş polisdən üçü həlak olub.

"Report" xəbər verir ki, bu barədə ştatın polis komissarı Kristofer Peris bildirib.

O əlavə edib ki, atəş açan şəxs ölüb və yerli sakinlər üçün heç bir təhlükə yoxdur. Hadisə polis əməkdaşlarının məhkəmə qərarı ilə axtarış aparmağa getdiyi ərazidə baş verib.

***

ABŞ-nin Pensilvaniya ştatının York dairəsində baş verən atışmada 5 polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "NBC News" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, zabitlər vəzifələrini yerinə yetirərkən güllə yarası alıblar.

Atışmada yaralanan üç polisin vəziyyəti ağır, birinin isə kritik-ağırdır. Polislərə atəş açmaqda şübhəli bilinən şəxsin intihar etdiyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr