Türkiyənin Diyanət İşləri İdarəsinin vəzifə dəyişikliyi olub.
Türkiyə prezidentinin sərəncamı ilə idarəyə hazırda rəhbərlik edən Əli Ərbaşın yerinə İstanbul vilayət müftisi professor Safi Arpaquş təyin edilib.
Arpaquş akademik karyerasına 1992-ci ildə ilahiyyat fakültəsində elmi işçi kimi başlayıb. 1994-cü ildə magistraturanı, 2001-ci ildə isə doktoranturanı tamamlayıb. O 2008-ci ildə dosent, 2014-cü ildə isə professor, daha sonra 2014-cü ildə Marmara İlahiyyat Fakültəsinin Dekan müavini vəzifəsində çalışıb.
Prezidentin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə İstanbul müftisi vəzifəsinə təyin edilən Arpaquş eyni zamanda fakültənin müəllimi və Təsəvvüf kafedrasının müdiri vəzifələrində çalışıb.