AZ

Suriyanın xarici işlər naziri sanksiyaların ləğvi üçün Vaşinqtona gedir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Keçid hökumətinə daxil olan Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani sanksiyaların tam ləğvi ilə bağlı qanunvericilərlə danışıqlar aparmaq üçün sentyabrın 18-də Vaşinqtona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Qeyd olunub ki, Suriya xarici işlər naziri amerikalı qanunvericilərlə keçirəcəyi görüşlərdə ölkəsinə qarşı qalan sanksiyaların ləğvi imkanlarını müzakirə etməyə ümid edir.

Portal vurğulayıb ki, bu, Suriya xarici işlər nazirinin 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq.

Əl-Şeybaninin sentyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə görüşü nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
azpolitika.info

4Mənbələr