BAKI, 18 sentyabr. TELEQRAF
Qızılın qiymətləri enməyə davam edir.
Teleqraf xəbər verir ki, buna ABŞ Federal Ehtiyat Sisteminin gözlənildiyi kimi faiz dərəcəsini dörddəbir bənd azaltması səbəb olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.69% azalaraq 3,692 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.97% azalaraq 41.74 ABŞ dolları təşkil edib.