AZ

Minifutbol: "Birbaşa Bakı" da sülhə razılaşdı, "Aznur" da

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən "Birbaşa Bakı" ilə "Aznur" yarışa yarışda növbəti oyunlarını keçiriblər. 

Fanat.Az xəbər verir ki, komandalarımız heç-heçə ilə kifayətləniblər.

G qrupunda yer alan "Aznur" ilk oyununda "Hoverla Zak Praqa" (Çexiya) ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

F qrupunun "Portu" - "Birbaşa Bakı" görüşündə isə hesab açılmayıb.

Qeyd edək ki, "Birbaşa Bakı" bu gün keçirdiyi ilk oyununda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb - 4:1.

Seçilən
7
1
fanat.az

2Mənbələr