
Türkiyənin Diyanət İşləri İdarəsinə yeni sədr təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
“Resmi gazete”də dərc olunan sənədə əsasən, 2021-ci ildən etibarən İstanbul müftisi vəzifəsini icra edən professor Safi Arpaquş Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2017-ci ildən Diyanət İşləri İdarəsinə sədrlik edən Ali Erbaşın vəzifə səlahiyyətləri sentyabrın 16-da başa çatıb.
