AZ

Kolumbiyada polis idarəsində baş verən yanğında altı nəfər ölüb

Kolumbiyanın mərkəzində polis idarəsində baş verən yanğında altı nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Kundinamarka departamentinin qubernatoru Xorxe Rey Anxel məlumat verib.

"Dünən gecə Funsa bələdiyyəsində polis bölməsində insident baş verib. İlkin ehtimala görə, saxlanılanlar döşəkləri yandırıblar və nəticədə yanğın baş verib", - o, "X"də yazıb.

Qubernatorun sözlərinə görə, hadisə nəticəsində müvəqqəti təcridxanada saxlanılan altı şəxs ölüb, digər altı nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.

Kamerada olan digər şəxs isə sınıq xəsarəti ilə xəstəxanaya aparılıb.

Seçilən
23
ikisahil.az

1Mənbələr