AZ

EBRD nin Azərbaycan üzrə əməliyyat aktivləri 4% ə yaxın azalıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bu il avqustun 31-nə Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla (aprel ayı) müqayisədə 3,7% və ya 37 mln. avro azalaraq 954 mln. avroya enib. İcra edilən aktiv layihələrin sayı isə 35 təşkil edib.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 89%-ni (848 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (49 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (57 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Avqust ayında bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 2,8% azalaraq 697 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 200 layihə çərçivəsində 3,673 mlrd. avro həcmində investisiya yatırıb və bu həcmin 3,368 mlrd. avroluq hissəsi borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 38%-ə təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
apa.az

3Mənbələr