AZ

Coratda 1 200 abonentin qazı kəsiləcək

Bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, fasiləyə səbəb yeni balans qovşağının quraşdırılmasıdır. 

Odur ki, saat 11:30-dan etibarən işlər başa çatana qədər qəsəbədə 1200 abonentin qaz təminatı dayandırılacaq. 

Seçilən
51
11
bakivaxti.az

10Mənbələr