AZ

Sexin döşəməsi çökdü - ölən var

Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
22
15
news24.az

10Mənbələr