AZ

İsrailin 5 dollarlıq yeni silahı: “Dəmir günbəz”i geridə qoydu

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İsrail Müdafiə Nazirliyi pilotsuz təyyarələri vurmağa qadir olan yeni yüksək güclü lazer silahının hazırlanmasını başa çatdırıb.

“Cebheinfo.az” xəbər verir ki, “Dəmir şüa” döyüş lazeri 100 kilovat gücə malikdir.

Testlər zamanı o, dronları effektiv şəkildə tutmaq qabiliyyətini nümayiş etdirib. Lakin yeni sistemin dəqiq performans göstəriciləri açıqlanmayıb.

Yeni lazer ənənəvi raket sistemlərinə ucuz alternativ kimi diqqətdədir. Bir tutma on minlərlə dollara başa gələn standart raketin buraxılışı ilə müqayisədə 5 dollardan azdır.

Bununla belə, yeni sistemin buludlu şəraitdə təsirsizliyi də daxil olmaqla bir sıra məhdudiyyətləri var.

“Dəmir şüa”in yaxın aylarda “Dəmir günbəz”i tamamlayaraq çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsi olacağı gözlənilir. Onun 2025-ci ilin sonuna qədər milli hava hücumundan müdafiə sisteminə tam inteqrasiyası planlaşdırılır.

Nazirliyin açıqlaması İsrailin Baş naziri Benyamin ölkənin artan təcrid nəticəsində təhlükəsizliyin müstəqilliyi üçün səy göstərməli olduğunu deməsindən sonraya təsadüf edir.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

İsrail “Dəmir günbəz”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr