Hacıqabulda TIR velosipedçini vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Velosipedlə hərəkətdə olan Atbulaq kənd sakini, 2006-cı il təvəllüdlü Nahid Məmmədovu iritonnajlı yük avtomobili vurub.
Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

