AZ

“Evsizləri öldürün” deyən aparıcıdan üzr gəldi

“Fox News”-un aparıcısı Brian Kilmeade, psixi sağlamlıq problemləri olan evsizlərin “məcburi şəkildə zəhərli iynə ilə öldürülməsi” təklifini səsləndirib. 

Bundan sonra ciddi tənqidlərə məruz qalıb və üzr istəməyə məcbur olub. 

"Cebheinfo.az" xəbər verir ki, Kilmeade bu fikirləri 10 sentyabrda yayımlanan “Fox & Friends” proqramında 22 avqustda Şimali Karolinanın Çarlotta şəhərində 23 yaşlı Ukraynalı qaçqın Iryna Zarutskanın qatarda bıçaqlanaraq öldürülməsini müzakirə edərkən səsləndirib. Cinayətdə ittiham olunan 34 yaşlı evsiz DeCarlos Brovnun şizofreniya diaqnozu olduğu və 14 cinayət qeydi olduğu bildirilib. 

Aparıcı cinayətlərin qarşısını almaq üçün evsiz və psixi xəstələrin “həbsini təklif edən deyən proqram yoldaşına “Yaxud məcburi zəhərli iynə. Yəni onları öldürmək” cavabını verib. Bu sözlər başda Kaliforniya qubernatoru Gavin Nevsom olmaqla, bir çox şəxs tərəfindən sərt şəkildə tənqid edilib. Kilmeade 14 sentyabrda proqramda etdiyi açıqlamada deyib: 

“Bu cür hücumların təkrar yaşanmaması üçün evsiz və psixi sağlamlıq problemi olan şəxslərin müəssisələrə yerləşdirilməsi və ya həbs olunması lazım olduğunu müzakirə edirdik. Mən səhvən zəhərli iynə təklifi verdim. Bu, son dərəcə düşüncəsiz bir şərh idi. Şimali Karolinadakı cinayətkar kimi davranmayan bir çox evsiz və psixi sağlamlıq problemi olan insan var. Onlar empati və qayğıya layiqdirlər”. 

ABŞ Prezidenti Donald Tramp hücum edən şəxs üçün sürətli məhkəmə və ölüm cəzası çağırışı edib. Çarlotta şəhərinin meri Vi Lyles isə bu faciənin evsizlik və psixi sağlamlıq problemlərinin yalnız cəza ilə həll olunmadığını bir daha göstərdiyini deyib. Ədliyyə Nazirliyi Bronn “ictimai nəqliyyat sistemində ölümə səbəb olmaq” ittihamı da irəli sürüb. Bu ittiham ömürlük həbs və ya ölüm cəzası ilə nəticələnə bilər. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr