AZ

Sinə xərçəngini müayinə edən kişi həkimi həbs etdirdi Sevgilimə toxunub

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransada 67 yaşlı həkim Nant şəhərində 65-dən çox qadının sinəsinə tibbi müayinə adı ilə toxunduğu üçün həbs olunub.

Milli.Az xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Məlumata görə, həkim son 30 il ərzində "süd vəzi xərçəngi skrininqi" adı altında qadınlara qanunsuz müayinələr aparıb. Araşdırmalar göstərib ki, onun qurbanları arasında həm yetkinlik yaşına çatmamış qızlar, həm də 50 yaşdan yuxarı qadınlar olub.

Hadisə barədə polis məlumatı təsadüfən əldə edib. 2024-cü ilin sentyabrında həkimdən bir qadının sevgilisi narazı qaldığı üçün ona fiziki müdaxilə edib. Bu hadisə yeni istintaqın başlanmasına səbəb olub və həkimin qanunsuz fəaliyyət sxemi üzə çıxıb.

Jandarmariya qeyd edir ki, həkimin apardığı müayinələrin heç biri tibbi standartlara uyğun olmayıb. Həmçinin, çoxsaylı qadınlar risk qrupuna daxil deyildi ki, bu da həkimin fəaliyyətini şübhəli edir. Həkim isə ittihamları rədd edərək, yalnız "skrininq ideyası ilə məşğul olduğunu" iddia edir.

Məhkəmə çərçivəsində ona tibbi fəaliyyətlə məşğul olmaq və qurbanlarla əlaqə saxlamaq qadağan olunub. Növbəti məhkəmə iclası 10 dekabr 2025-ci il üçün təyin edilib.

İsmayıl

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
news.milli.az

2Mənbələr