AZ

Gəncə və Göygöldəki bəzi restoranlarda nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Seçilən
4
2
editor.az

4Mənbələr