AZ

Xırdalanda yol çökdü; avtomobillər çuxura sürüşdü VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünən ölkə ərazisində yağan güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

Avtosfer.az xəbər verir ki, Xırdalan şəhərində küçələrdən birində torpaq çökməsi baş verib. Hadisə nəticəsində yol örtüyündə iri çuxur əmələ gəlib və həmin yolda parklanan bir neçə avtomobil zərər görüb.

Məlumata görə, avtomobillərin bəzisi çökmüş ərazidə olduqları üçün yerin altına doğru sürüşüb. Bu səbəbdən nəqliyyat vasitələrinə ciddi texniki ziyan dəyib. 

Sakinlər bildirirlər ki, bu küçədə uzun müddətdir yağış sularının axıdılması ilə bağlı problem mövcuddur. Kanalizasiya sisteminin düzgün işləməməsi səbəbindən yağış suları yolda toplanır və nəticədə torpaq layı zəifləyərək çökməyə gətirib çıxarır.

Sakinlər isə aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görməsini tələb edirlər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr