“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində bir sıra dəyişikliklər edilib.
İdman.biz xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtda bəzi ərazilərdə müvəqqəti olaraq avtobus zolaqlarında hərəkətə icazə verilib, avtomobil dayanacağı xidməti isə dayandırılıb.
Söhbət Azadlıq prospekti, Şəmsi Bədəlbəyli küçəsi və hərəkətin intensiv olduğu digər ərazilərdən gedir.
Sürücülərin sözlərinə görə, edilən bu dəyişiklik sıxlığı xeyli aradan qaldırıb.
Qeyd edək ki, yarışlara görə yollarda qoyulan məhdudiyyət ayın 23-ə kimi davam edəcək.
Ətraflı süjetdə: