AZ

Haşimoto xəstələri necə qidalanmalıdır?

Bakı, 18 sentyabr, AZƏRTAC

Haşimoto qalxanabənzər vəzin xroniki iltihabi xəstəliyidir. Mütəmadi olaraq hormonlara nəzarət etməklə xəstəliyi stabil saxlamaq mümkündür. Lakin bəzi elmi əsaslı qidalanma yanaşmaları ilə xəstəliyin gedişatını yüngülləşdirmək və simptomları azaltmaq mümkündür.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, haşimoto xəstələri üçün faydalı hesab edilən qidalar arasında zülal mənbələri, sağlam yağlar, kompleks karbohidratlar, lif və antioksidantlar, fermentləşdirilmiş qidalar, həmçinin selenium, sink və dəmir baxımından zəngin məhsullar yer alır.

Şirin içkilər, ağ un məmulatları, “fast food”, artıq miqdarda süd məhsullarından istifadədən isə uzaq durmaq məsləhətdir.

Daha ətraflı məlumat üçün videoya keçid edə bilərsiniz.

Seçilən
5
1
azertag.az

2Mənbələr