AZ

Pəncərədən yıxılan aktyor reanimasiyaya yerləşdirildi - FOTO

Pəncərədən yıxılan aktyor reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az xəbər verir ki, tanınmış aktyor İlya Del Sankt-Peterburqda pəncərədən yıxılaraq ağır yaralanıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə TASS agentliyinə aktyorun yaxınları məlumat verib.

Məlumata görə, Del bel nahiyəsindən xəsarət alıb. Hadisə teatr binasından kənarda baş verib.

Xatırladaq ki, 12 aprel tarixində İlya Del ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Ona sevgilisi 26 yaşlı aktrisa Aleksandra Drozdova tərəfindən bir neçə bıçaq zərbəsi endirilmiş, nəticədə Delin sağ ağ ciyəri zədələnmişdi. Aktyor açıqlamasında bu insidenti "sevgililərin adi mübahisəsi" adlandırıb və polisə ərizə yazmadığını bildirib.

İsmayıl
Milli.Az

 
Seçilən
6
1
milli.az

2Mənbələr