Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Dünyanın nəhəng texnologiya şirkəti "Apple"a məxsus "iPhone 17" markalı telefonlar artıq Azərbaycana gətirilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "Apple"ın Azərbaycandakı məsul şəxsi (rəsmi nümayəndəsi) Asif İbrahimov şəxsi "Facebook" hesabında paylaşım edib.
Azərbaycana gətirilən bu telefonlar hələ ki rəsmi olaraq satışda deyil.
Telefonların nə vaxtdan rəsmi satışa çıxarılması ilə bağlı araşdırma apardıq.
Belə ki, Azərbaycanda fəaliyyət göstərən rəsmi mağazalarda "iPhone 17" markalı telefonlar 26 sentyabr tarixindən satışa çıxarılacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.