AZ

Azərbaycanda informasiya təhlükəsizliyi mühitinin diaqnostikası aparılacaq

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda "İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası" layihəsinin ilkin versiyası hazırlanıb.

​​​​​​"Cebheinfo.az" bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir.

"Layihənin ilkin versiyası Mərakeş Krallığının Rabat şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclasında XRİTDX-in nümayəndə heyəti tərəfindən təqdim olunub", - məlumatda deyilir.

Bildirilir ki, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilib.

İdarə Heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, həmçinin Azərbaycanın (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi "OIC-CERT"in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilib.

İclas zamanı "Qlobal Kibertəhlükəsizlik Mükafatı" yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanıb və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğunun layihəsi qalib elan olunub.

Xatırladaq ki, XRİTDX OIC-CERT təşkilatının İdarə Heyətində 9 ildir təmsil olunur.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
7
cebheinfo.az

9Mənbələr