AZ

Dünya çempionları mundialdan geri çəkilə bilər -

İsrail 2026-cı il dünya çempionatına vəsiqə qazanacağı təqdirdə İspaniya mundialdan imtina edə bilər. Metbuat.az xəbər verir ki, İspaniya hökuməti belə açıqlama verib. “Mundo Deportivo” xəbər verir ki, Madrid administrasiyası dünya çempionatından çəkilə biləcəyini irəli sürüb. Baş nazir Pedro Sançes bəyan edib ki, İsrail ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi tədbirdə iştirak edərsə, İspaniya turnirdə iştirak etməyə bilər. İspaniya parlamentinin üzvü Patxi Lopez də hökuməti dəstəkləyərək, "İsrail hazırda Qəzzanı işğal edir və biz səssiz qala bilmərik. İsrailə də Rusiya kimi beynəlxalq idman yarışlarında qadağa qoyulmalıdır” - deyə bildirib.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində ilk iki matçında qalib gəlib.

Seçilən
31
metbuat.az

1Mənbələr