AZ

Aeroportdakı yeni taksi qiymətləri etiraz yaratdı – AYNA-dan RƏSMİ CAVAB

Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin müxtəlif istiqamətlərinə xidmət göstərən taksilərin yeni qiymətləri müəyyən olunub. Yeni tariflərin yüksək olması isə sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olub və geniş müzakirələrə yol açıb.


Manset.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, yeni taksi qiymətləri AZAL və Beynəlxalq Hava Limanı tərəfindən müəyyənləşdirilməyib.

Qiymətlərlə bağlı yaranan narahatlığı nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan verilən rəsmi açıqlamada qeyd olunub ki, hazırkı tariflər sərbəst bazar prinsiplərinə əsaslanaraq formalaşır:

“Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

 

Fidan Vəlisoy 

Seçilən
19
1
manset.az

2Mənbələr