AZ

Suriya xarici işlər naziri 25 ildən sonra ilk dəfə Vaşinqtona səfər edəcək – MƏQSƏD

Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani sanksiyaların tam ləğvi ilə bağlı qanunvericilərlə danışıqlar aparmaq üçün sentyabrın 18-də Vaşinqtona səfər edəcək. Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb.

Nəşrin məlumatına görə, Suriya xarici işlər naziri amerikalı qanunvericilərlə görüşəcək və bu görüş zamanı “Suriyaya qarşı qalan sanksiyaların ləğvi” imkanlarını müzakirə etməyə ümid edir. Nəşr vurğulayır ki, bu, “Suriya xarici işlər nazirinin son 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri” olacaq. Əl-Şeybaninin sentyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir.

Bundan əvvəl Suriya televiziyası bildirib ki, Əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer dünən ABŞ-ın himayəsi altında Londonda danışıqlar aparıblar. Tərəflər 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Qolan Təpələrindəki döyüşlərdən çıxarılmasına dair razılaşmanı əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər.

Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr