AZ

Zelenski 100 illik dostluğa razılıq verdi Detallar

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya ilə illik hərbi yardım və digər əməkdaşlığı nəzərdə tutan “Yüzillik Tərəfdaşlıq Sazişi”ni ratifikasiya edən qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat verilib.

Müvafiq sənəd iki dövlət arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın uzunmüddətli çərçivəsini müəyyən edir.

“Böyük Britaniya Ukraynaya lazım olduğu müddətcə illik 3 milyard funt-sterlinq hərbi yardım göstərəcəyini vəd edir. Həmçinin London Kiyevin enerji sektoru, əsas mineral hasilat strategiyaları və yaşıl polad istehsalı üçün prioritet tərəfdaşı olub”, – deyə bildirilib.

Sənəddə vətəndaşların gediş-gəlişinin mərhələli şəkildə asanlaşdırılmasına, miqrasiya siyasəti sahəsində birgə əməkdaşlığa, informasiya manipulyasiyasına qarşı mübarizəyə, mədəni mübadilənin inkişafına yönəlmiş müddəalar da yer alıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
globalinfo.az

1Mənbələr