AZ

Bu, bizim keçmişimizdir, biz bunu danışmalıydıq" - Diktatura kinoya necə ziya vurur?

Bu gün görkəmli ispan rejissor Mario Kamusun doğum günüdür.

Kulis.az Atles Vulfun rejissorun "Müqəddəs məsumlar" filmi haqqında yazısını təqdim edir.

İnanmaq çətindir ki, Avropanın mədəni ölkələrindən biri 1978-ci ilə qədər diktator rejimi altında yaşayıb. Frankonun ölümündən sonra İspaniyada yaranan demokratik mühit təkcə siyasəti deyil, incəsənəti də dəyişdi. Dostum Raul Ansola deyir ki, 1980-ci illərdə İspaniya incəsənətinin çiçəklənməsi, xüsusən də kino sənayesində yaşanan canlanma, senzuranın aradan qalxmasının birbaşa nəticəsidir. Mario Kamusun 1984-cü ildə çəkdiyi “Müqəddəs məsumlar” filmi bu azadlığın bədii ifadəsidir. Sanki rejissor və aktyorlar nəhayət, nəfəs ala bilir, həqiqətləri çəkinmədən göstərir.

Filmin mövzusu qaranlıq və ağır olsa da, Kamusun kamerası bu qaranlıqdan bir həqiqət işığı çıxarır. Ekranda gördüyümüz ailə əzab çəkir, tamaşaçı da onlarla bərabər əzab çəkir. Amma bu əzabın bir məqsədi var: demək, göstərmək, gizlətməmək. Həqiqətin səslənməsi özü-özlüyündə bir katarsis yaradır.

Film bizə Pako (Alfredo Landa) və həyat yoldaşı Requlanı (Terele Pavez) təqdim edir. Onlar varlı Ekstremadura ailəsinin malikanəsində işləyirlər. Ailənin başında həm cazibədar, həm də qəddar Ivan (Xuan DieQo) dayanır. PaKo və Requlanın üç uşağı var: yaraşıqlı, amma sanki həyatdan küsmüş Kirke (Xuan Sançez), sakit və diqqətli Nieves (Belen Ballesteros) və həm fiziki, həm də zehni cəhətdən qüsurlu “Balaca qız” (Suzan Sançez). Onlara Requlanın sadəlövh, amma saf qardaşı Azarias da qoşulur. Fransisko Rabalın bu roldakı perfomansı ürək parçalayır. Azarías həm gülməli, həm də dərin kədər doğuran obrazdır.

Los

Kamus hekayəni dörd ailə üzvünün – Kirke, Nieves, Pako və Azaríasın baxış bucağından danışır. Bu üsul ailənin həyatın zərbələri altında necə tədricən sınmasını və yenə də ayaqları üzərində dayanmaq üçün göstərdiyi səyləri daha da təsirli edir. Pakonun ağasına bağlılığı yerə-göyə sığmır: bir səhnədə ovda ona kömək etmək üçün dörd ayağı üstə yeriyib torpağı qoxlayır, güllələnmiş kəklik qoxusunu tapır. Requla daim eyni sözləri deyir: “Biz burdayıq ki, sizə xidmət edək.” Bu, sanki onların taleyinə çevrilib. Kirke və Nieves evdən uzaqlaşsalar da, onların qapalı davranışı göstərir ki, bu həyat onları ömürlük yaralayıb. Azaríasın quşlarla macəraları filmin ən poetik səhnələridir. O, bir quşu böyüdür, onu səsinə öyrədir, amma bu, ailə üçün utanc mənbəyidir. Bununla belə, ailə onu qoruyur, Requla isə qardaşına dərin məhəbbət bəsləyir.

Malikanənin varlı sakinləri də maraqlı obrazlardır. Ivan bəzən cazibədar görünür, amma eqoistliyi və qəddarlığı hər şeyi üstələyir. Don Pedro (Aqustín Gonzales) və tənbəl arvadı Purita (Aqata Lis) isə kobud və əxlaqsızdır. Birinci Kommuniya mərasimi üçün gələn Senyora Markeza (Meri Carrilyo) filmin ən soyuq personajlarındandır. Onun eyvanından qulluqçulara pul paylaması və tərif gözləməsi filmdəki sinfi fərqliliklərin ən kəskin nümunələrindən biridir.

Filmin ən güclü tərəfi isə qəhrəmanlarının talelərini sakit və ləyaqətli şəkildə qəbul etmələridir. Burada nə melodramatik qışqırıq var, nə də üsyan. Bu insanlar sadəcə sağ qalmaq uğrunda mübarizə aparırlar. Filmin əvvəlində ailə köhnə daxmalarından bir az böyük, amma yenə də yararsız daxmaya köçür və uşaqlar bir elektrik lampasına valeh olub onu dəfələrlə yandırıb-söndürürlər. Bu, filmin ən kədərli və unudulmaz səhnələrindəndir.

Los

Musiqi (Anton Qarsía Abril) filmin emosional yükünü ikiqat artırır: gah həyəcanlı davul sədaları ilə, gah da kədərli skripka səsi ilə tamaşaçını sarsıdır. Səslərin qəfil ucalması – “Balaca qız”ın çığırtısı, Azaríasın sevinc dolu nidaları filmin emosional ritmini daha da gücləndirir.

Vizual olaraq film təbiət mənzərələri ilə zəngindir. Bu mənzərələr personajların həyatını həm tamamlayır, həm də kontrast yaradır. Aktyor oyunu isə filmin ən böyük uğurlarındandır. Zəif perfomans yoxdur. Landa və Rabalın Kann Film Festivalında ən yaxşı aktyor mükafatını bölüşməsi təsadüfi deyil.

“Müqəddəs məsumlar” tamaşaçını ağır emosional səyahətə çıxarır. Filmdə bir neçə səhnə var ki, yaddaşlara həkk olunur. Bütün kədərinə baxmayaraq, film tamaşaçıya bir ümid də verir. Bu cür hekayələrin nəhayət, danışıldığını, ədalətin gec də olsa bərpa olunduğunu və Pako ilə Requlanın bütün itkilərə baxmayaraq, öz ayaqları üzərində dayanmalarını göstərir.

Bu film təkcə bir ailənin hekayəsi deyil, həm də Franko sonrası İspaniyanın özünə baxışıdır. Kamus sanki deyir: “Bu, bizim keçmişimizdir, biz bunu danışmalıydıq.”

Və bunu böyük ustalıqla edir.

Seçilən
20
2
kulis.az

3Mənbələr