AZ

Qlobal oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusunu alıb.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Məlumata görə, texnopark rezidentliyi “Xsolla” üçün texnoparkdan kənar (virtual) fəaliyyət göstərmək, eləcə də bir sıra imtiyazlardan faydalanmaq imkanı yaradır. Belə ki, rezindentlik çərçivəsində şirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq, əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.

Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla” Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli yatırımlar etmək imkanına sahib olacaq. “Xsolla”, həmçinin ölkəyə yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmış infrastrukturun inkişafına da təsir göstərəcək.

“Xsolla” qlobal oyun biznesində kommersiya əməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20 illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığı çərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilk beynəlxalq inkubasiya proqramı reallaşdırılıb, eləcə də yaxın zamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrin başladılması nəzərdə tutulub.

Seçilən
12
8
apa.az

9Mənbələr