Yazını böyüt
Yazını kiçilt
Xəbər veridiyi kimi, 3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalı Qazaxstanda keçirilib. Nüfuzlu tədbirdə Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları iştirak edib.
Hafta.az xəbər veir ki, sözügedən tədbirə Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil "M.Teatr" da qatılıb.
Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib.
Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.
Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.