AZ

Bu halda bank sizə zaminsiz kredit verəcək KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bankların kredit siyasətində əsas məsələlərdən biri də müştəridən zamin tələb edib-etməməsidir. Bəs, hansı hallarda bank zaminsiz kredit verməyə üstünlük verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericilikdə bankların zaminsiz kredit verməsinə dair hər hansı məhdudiyyət yoxdur. Bu, tamamilə bankın daxili qərarından asılıdır.

Ekspertin sözlərinə görə, bank yalnız kreditin geri qaytarılacağına əmin olduğu halda zamin tələb etmir. Bu əminliyi isə bir sıra amillər formalaşdırır:

Müştərinin yüksək və rəsmi maaşa sahib olması, daimi iş yeri və uzunmüddətli əmək stajı, bankla davamlı əməkdaşlıq və müsbət müştəri tarixçəsi, əvvəlki kreditlərin vaxtında qaytarılması əsas götürülür.

“Bank üçün əsas məsələ odur ki, vətəndaşın ödəmə qabiliyyəti etibarlı olsun. Müştərinin gəlirləri və kredit tarixçəsi bankı qane edirsə, o zaman zamin tələb olunmur”, – deyə Əkrəm Həsənov vurğulayıb.

Beləliklə, zaminsiz kredit almaq istəyən şəxslər üçün ən mühüm meyar sabit gəlir, uzunmüddətli iş yeri və müsbət kredit tarixçəsidir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
2
konkret.az

3Mənbələr