AZ

“Mourinyo “Qarabağ”ın “Benfika”ya qalib gələcəyini xeyli əvvəl görüb” – Ali Koç


Türkiyənin “Fənərbağça” klubunun prezidenti Ali Koç Mourinyonun “Benfika”ya baş məşqşi gətiriləcəyi barədə xəbərlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində danışıb.
“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun “Benfika” ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Buradan nə qədər desən, hekayələr çıxarmaq olar. Mourinyo o qədər böyük adamdır ki, “Qarabağ”ın “Benfika”ya qalib gələcəyini xeyli əvvəl görərək hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü “Fənərbağça”dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir”, - “Fənərbağça” prezidenti bildirib.
O, “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə də təbrik edib.
Seçilən
2
7
yeniavaz.com

8Mənbələr