AZ

Azərbaycan Bayrağının bütün ərazilərimizdə dalğalanmasından qürur duyuruq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın Dövlət Bayrağının bütün ərazilərimizdə dalğalanması hər bir soydaşımızda qürur hissi yaradır. Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini qəbul edir. Hazırda respublikamızın adının dünyanın inkişaf etmiş dövlələri ilə bir sırada çəkilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasi kursun bariz nümunəsidir. Bütün bu uğurları, sürətli inkişafı və dünyanın qüdrətli dövlətlərinin Azərbaycanla əməkdaşlıq etməsində maraqlı olduğunu gördükcə gözlərim önündə 2003-cü ildə keçirilən prrezident seçkilərində qələbə qazanmış cənab İlham Əliyevin andiçmə mərasimində verdiyi vədlər canlanır. O vaxt Prezident İlham Əliyev Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Dövlət başçımızın son 22 ildə verdiyi bütün vədlərin yerinə yetirilməsi, qarşıya qoyduğu vəzifələrin layiqincə icra olunması Azərbaycanı dünyada Qalib dövlət kimi tanıdıb.Çingiz Qənizadə: 'Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır'Musavat.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.Hüquq müdafiəçisi xatırladıb ki, 2003cü ildə dövlət başçımızın qarşıya qoyduğu vəzifələrdən biri də Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılması və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması idi. Həmin vaxtdan başlayaraq dövlət başçımızın rəhbərliyi altında xalqımız hər gün, hər saat bu müqəddəs məqsədə doğru addım-addım irəliləyirdi. Həyata keçirilən məntiqli siyasi kurs bu müqəddəs anı yaxınlaşdırırdı. 2020- ci il noyabrın 10- da Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş rayonlarda Azərbaycan Bayrağını qaldırdı. 2023- cü il sentyabrın 19- da rəşadətli ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra artıq bütün ərazilərimizdə Azərbaycanın Dövlət Bayrağı dalğalandı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.Ç.Qənizadə Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təntənəli şəkildə qeyd edildiyini bildirib. O, bu əlamətdar günün təsis olunmasını uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəldiyini diqqətə çatdıraraq deyib ki, bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi tarixi hadisə kimi yaddaşlara əbədi həkk olunub. Bu unudulmaz hadisə bütün dünyaya sübut etdi ki, “Qarabağ Azərbaycandır!”Hazırda Qarabağda və Şərqi Zənzəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən söhbət açan hüquq müdafiəçisi 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdərə rayonunun yaradıldığını diqqətə çatdırıb. Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonunun yaradılması növbəti qələbəmiz idi: “İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurəti yarandı. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı. Artıq Qarabağ, xüsusilə Şuşa və Xankəndi şəhərləri beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının keçirildiyi mərkəzə çevrildi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyevin də izlədiyi bu oyun 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi”.“Bu gün artıq Şuşa və Xankəndi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevriliblər. Prezident İlham Əliyev son zamanlar ölkəmizə rəsmi səfərə gələn dövlətlərin başçıları ilə görüşlərini bu şəhərlərdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallğının dünyaya mesajıdır”- deyə hüquq müdafiəçisi bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
2
demokrat.az

3Mənbələr