Rusiyanın maliyyə naziri Anton Siluanov Moskva Maliyyə Forumunda çıxış edən zaman ölkənin əsas “müttəfiqlərini” sadalayıb.
Modern.az-ın məlumatına görə, nazir deyib ki, Rusiyanın müttəfiqləri ordu, donanma və maliyyə sabitliyidir.
Siluanovun sözlərinə görə, maliyyə sabitliyiüçün büdcənin müxtəlif məhdudiyyətlərdənasılılığını azaltmaq lazımdır. O, xüsusilə büdcənin neft-qaz gəlirlərindən asılılığının azaldılmasının vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, maliyyə sabitliyi iqtisadi artımın və əhalinin rifahının əsas dayağıdır.