AZ

Aİ-nin genişlənmə məsələləri üzrə komissarının Ağdama səfəri başlayıb - YENİLƏNİB

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Aİ komissarına şəhər haqqında ümumi məlumat verilib.

Marta Kos səfər çərçivəsində rayon ərazisində minatəmizləmə fəaliyyəti ilə tanış olacaq.

***

10:09

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Marta Kos Azərbaycana gəlib.

APA xəbər verir ki, Komissar Marta Kos Ağdama gedir.

Marta Kos Ağdamda minatəmizləmə işləri ilə tanış olacaq.

Eyni zamanda, Marta Kos azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumatlandırılacaq.

Qeyd edək ki, Aİ komissarının səfəri Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Bundan əlavə, Komissar Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək.

Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Seçilən
10
2
apa.az

10Mənbələr