AZ

Puqaçova 5 il müddətinə həbs oluna bilər

Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova 5 il müddətinə həbs oluna bilər.

Kulis.az xəbər verir ki, buna səbəb sənətçinin sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayev haqqında dediyi fikirlər olub.

Müğənninin Dudayev barəsində dedikləri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirilə bilər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Puqaçova müsahibəsində

Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova 5 il müddətinə həbs oluna bilər.

Axşam.az xəbər verir ki, buna səbəb sənətçinin sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayev haqqında səsləndirdiyi ifadələr olub.

"SHOT" teleqram kanalının məlumatına görə, Puqaçovanın onun barəsində dedikləri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirilə bilər. Bildirilib ki, Dudayevi “ləyaqətli insan” kimi təqdim etmək, eləcə də onun şəxsiyyəti haqqında işlədilən müsbət fikirlər cinayət işinin başladılmasına əsas yaradır.

Əlavə olunub ki, bu cür bəyanatlar Rusiya Cinayət Məcəlləsinin terrorçuluğa bəraət qazandıran 205.2-ci maddəsinə aiddir. Hazırda sənətçini 5 ilə qədər həbs gözləyir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Puqaçova müsahibəsində çeçen hərbçi və siyasətçi C.Dudayev haqqında müsbət fikirlər səsləndirərək onu “layiqli, hörmətli və ağıllı” adlandırmışdı. Bu açıqlamalardan sonra müğənniyə qarşı iddia qaldırılıb və buna görə ondan 1,5 milyard rubl tələb olunur.

Seçilən
8
3
kulis.az

4Mənbələr