AZ

Bakı üçün yeni yol xəritəsi: Tıxaclara son qoyulur?

"Ölkəmizin yeni milli prioritetləri mövcuddur. Azərbaycan 2030-cu ilə qədər bir sıra istiqamətlərdə qarşıya qoyduğu əsas hədəflərə çatmağı planlaşdırır. Bu məqsədlər arasında, xüsusilə iri şəhərlərdə hərəkətin sərbəstliyi, bütün yol hərəkəti iştirakçıları üçün təhlükəsizliyin təmin olunması, atmosferə buraxılan zərərli qazların miqdarının azaldılması, ictimai nəqliyyatın şaxələndirilməsi və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi məsələlər də yer alır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, bu istiqamətdə ötən il Bakı şəhərinin Baş Planı təsdiqlənib:

"Həmin plana əsaslanan yeni dövlət proqramı artıq mövcuddur. Bu proqram təkcə dövlət üçün deyil, bütövlükdə cəmiyyət üçün yol xəritəsi hesab olunur. Yeni proqram 2025–2030-cu illəri əhatə edir və Bakı şəhəri ilə ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutur".

Onun sözlərinə görə, proqramın həyata keçirilməsində vətəndaşlar, məsul şəxslər və dövlət qurumları birlikdə çalışmalıdırlar:

"Məqsəd proqramda əks olunan müddəaların vaxtında və effektiv icrasını təmin etməkdir. Bunun üçün xüsusi işçi qrupları yaradılır.
Proqramın əsas hədəflərindən biri də paytaxtda tıxacların aradan qaldırılmasıdır. Təbii ki, Bakının sıxlıqdan dərhal azad olunması mümkün deyil. Çünki Bakı iri sənaye şəhəri, çoxmilyonlu paytaxt və eyni zamanda turistik məkandır. Burada tez-tez beynəlxalq tədbirlər keçirilir. Buna görə də sıxlığı tam aradan qaldırmaq qısa müddətdə real görünmür. Lakin sıxlığın tıxaca çevrilməsinin qarşısını almaq üçün atılacaq konkret addımlar artıq dövlət proqramında öz əksini tapıb".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
14
1
demokrat.az

2Mənbələr