AZ

Ölkəmiz Katibliyin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb - Əli Əsədov

Bakı. Trend:

TDT Dövlət Başçıları Şurasının 2025-ci ilin mayında Budapeştdəkeçirilən qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq Katibliyinheyətinin və büdcəsinin artırılması ilə bağlı qəbul edilən qərarlartəşkilatımızın institusional güclənməsinə xidmət edir.

Trend xəbər verir ki, bunu Baş nazir Əli ƏsədovBişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının vəonların müavinlərinin ilk toplantısında bildirib.

"Qeyd etməliyəm ki, keçən ilin iyul ayının 6-da Şuşada keçirilənTürk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvəgörüşü zamanı Azərbaycan Respublikasının Prezidenti təşkilatın caribüdcəsinin və strukturunun ümumi hədəflərimizin reallaşdırılmasıüçün yetərli olmadığını bəyan etmişdir.

Ölkəmiz Katibliyin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞdolları məbləğində vəsait köçürmüşdür.

Əminəm ki, bu dəstək təşkilatımızın işinə öz müsbət töhfəsiniverəcəkdir.

Bizim əsas hədəflərimizdən biri qardaş ölkələrimizi iqtisadi vəticarət əlaqələri ilə daha sıx birləşdirməkdir.

Ortaq layihələrimiz, nəqliyyat-logistika təşəbbüslərimiz, enerjivə sənaye əməkdaşlığımız, humanitar və mədəni layihələrimiztəşkilatımızı gələcəkdə daha da güclü edəcəkdir",- deyə Əli Əsədovəlavə edib.

Məqalədə:
Seçilən
7
7
az.trend.az

8Mənbələr