AZ

Avstraliya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya hökuməti Rusiyaya məxsus olduğu iddia edilən daha 95 gəmini sanksiyalar siyahısına daxil edib.

AzPost xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə Avstraliyanın məhdudiyyətlərinə düşən gəmilərin sayı artıq 150-ni ötüb.

Yermak bildirib ki, Avstraliya hökuməti bununla yanaşı, Rusiya neftinə tətbiq olunan qiymət həddini də azaldıb. Əvvəllər 60 dollar olan limit indi 47,60 dollara endirilib. O, bu qərarın Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin azalmasına səbəb olacağına ümid etdiyini vurğulayıb.

Qeyd olunur ki, bu addım Ukrayna tərəfinin təşəbbüsü ilə Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Yaponiya və Yeni Zelandiya siyasətçiləri ilə birgə razılaşdırılıb.

Kreml isə əvvəllər Qərbin oxşar məhdudiyyətlərinə münasibət bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın bütün bu sanksiyalara “davamlı” olduğunu qeyd edib.

AzPost.az

Seçilən
14
1
azpost.info

2Mənbələr