AZ

18 Sentyabr – Milli Musiqimizin Bayramı

18

18 Sentyabr xalqımız üçün təkcə bir tarix deyil, milli musiqimizin ruhunu yaşadan, onu zirvəyə qaldıran Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün musiqi və mədəniyyət tariximizin qürur səhifəsidir.Dahi bəstəkar öz zəngin irsi ilə Azərbaycanın musiqi salnaməsini yazaraq, Şərqdə ilk operanın müəllifi kimi tarixə düşüb. Onun yaratdığı musiqi dili həm milli, həm də bəşəri dəyərləri özündə birləşdirərək yeni bir məktəb formalaşdırıb.1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 18 Sentyabr rəsmi olaraq Milli Musiqi Günü elan edilib. Bu il isə, 2025-ci ildə, Üzeyir bəyin 140 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb.Sərəncamda vurğulanır ki, Üzeyir Hacıbəyli yalnız bəstəkar deyil, həm də böyük ziyalı, publisist, dramaturq və ictimai xadimdir. Onun irsi, xalqımıza və dövlətçiliyimizə bağlılığı, azərbaycançılıq məfkurəsinə sədaqəti bu günü daha da anlamlı edir.Bu əlamətdar gündə ölkənin hər yerində konsertlər, tədbirlər və anım mərasimləri keçirilir, çünki onun musiqisi hələ də ürəkləri titrədir, ruhları ilhamlandırır.18Ulusum.az

Diqqət Çəkənlər

Xatirə İslamdan Tacir Şahmaloğluna sərt cavab: “Atam sağdır, hansı mahnını öyrətmisiniz mənə?”

18 Sentyabr – Milli Musiqimizin Bayramı

Portağallı Ruleti

Seçilən
22
ulusum.az

1Mənbələr