AZ

Heyətlə bağlı qayğımız yoxdur Şirvan ın baş məşqçisi

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci Liqanın debütantı "Şirvan" ötən tur çempionatda ilk qələbə sevincini yaşayıb. Bölgə təmsilçisi 2-ci tur çərçivəsində "Ağdaş" səfərindən 3 xalla (1:0) dönüb. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında ilk qələbənin təəssüratlarını bölüşüb. 

Gənc mütəxəssis o cümlədən, növbəti oyunları ilə bağlı açıqlama verib: 

"Bu oyunda qələbə qazanmağımız çox vacib idi. Şükürlər olsun, bunu bacardıq. Uşağlar yaxşı oynadılar. Sevindirici amil budur ki, ilk turdakı məğlubiyyətən sonra komanda tez bir zamanda köklənə bildi. Özümüzə inandıq və inamın, motivasiyanın sayəsində 3 xal əldə elədik. 

Növbəti oynumuz evdə "Göygöl"lə olacaq. Onların oyunlarina baxıb müəyyən qədər analiz etmişik. Yaxşı komandadır. 

Heyətlə bağlı qayğımız yoxdur. Əksinə, sevindirici haldır ki, Comərd Baxşəliyev və Vaqif Şirinbəyov artıq komandaya qoşulublar. Bildiyiniz kimi, onlar çimərlik futbolu millimizinlə Avropa çempionatında iştirak edirdilər. Buna görə ilk iki turda bizə kömək edə bilmədilər. Artıq düşərgəyə qoşulublar". 

Qeyd edək ki, "Şirvan" 3-cü tur çərçivəsində "Göygöl"lə 22 sentyabrda qarşılaşacaq. Şirvan Olimpiya Kompleksində baş tutacaq görüş saat 16:00-da başlayacaq.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
fanat.az

2Mənbələr