AZ

“Qarabağ” məşhur hücumçunu heyətinə qatdı – FOTO

“Qarabağ” bu gün növbəti transferini rəsmiləşdirib.

Editor.az  sportinfo.az-a istinadən xəbər verir ki, “Neftçi”dən ayrılan Ramil Şeydayevin yenidən Ağdam klubuna dönüşü reallaşıb.

Millinin hücumçusu “köhlən atlar”la 1+1 illik müqavilə imzalayıb.

29 yaşlı forvard 2017-18 və 2021-23-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Buriram Yunayted”də (Tayland) də çıxış edib.

Azərbaycan çempionu cari mövsümə 6 yeni oyunçu ilə başlayıb.

Bunlar Dani Bolt (“Torreense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Sami Mmaee (“Dinamo” Zaqreb – icarə), Joni Montiel (“Rayo Valyekano”, İspaniya) və Kamilo Durandır (“Portimonense”, Portuqaliya).

Seçilən
6
10
editor.az

10Mənbələr